"Haber Global" Şuşa Bəyannaməsinin regional və ikitərəfli önəmindən reportaj yayımladı - VİDEO
"Tarix boyu üzləşdikləri bütün çətinliklərdə Türkiyə və Azərbaycan daim bir-birinə dəstək olublar. Bu sarsılmaz qardaşlıq telləri 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi vasitəsilə tamamilə yeni bir mərhələyə qədəm qoyub".
Azmedia.Az xəbər verir ki, bu barədə "Haber Global"ın reportajında məlumat verilib.
Telekanalın süjetində qeyd olunur ki, Şuşa Bəyannaməsi Türkiyə və ya Azərbaycandan hər hansı birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid və ya hücum olacağı təqdirdə iki dövlətin birgə hərəkət etməsini nəzərdə tutur:
"Bununla da "iki dövlət, bir millət" fəlsəfəsi müttəfiqlik ruhu çərçivəsində daha real və möhkəm bir müstəviyə keçirilib. Sənədin imzalanmasından sonra başda müdafiə sənayesi, enerji, nəqliyyat, iqtisadiyyat və humanitar əlaqələr olmaqla bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq daha da intensivləşib. Şuşa Bəyannaməsi sadəcə Türkiyə və Azərbaycan münasibətləri kontekstində deyil, eyni zamanda regional əməkdaşlığın inkişafı və Türk dünyası inteqrasiyasının gücləndirilməsi baxımından çox mühüm bir dönüş nöqtəsi hesab olunur".


