"Tayvan heç vaxt dövlət olmayıb və olmayacaq"

"Tayvan heç vaxt dövlət olmayıb və olmayacaq"

Tayvan heç vaxt müstəqil dövlət olmayıb və olmayacaq.

Azmedia.Az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Tayvan qədim dövrlərdən etibarən Çinin ayrılmaz ərazisi hesab olunur, indi və gələcəkdə ayrıca dövlət statusu ala bilməz.

Van İ qeyd edib ki, Tayvanın Çin tərkibinə qayıtması Çin xalqının Yaponiyaya qarşı müharibədə qələbəsinin, həmçinin İkinci Dünya müharibəsinin nəticələrinin bir hissəsidir.

O vurğulayıb ki, Yaponiyanın kapitulyasiya aktı, həmçinin BMT Baş Assambleyasının 2758 saylı qətnaməsi və digər beynəlxalq hüquqi sənədlər Tayvanın statusunu açıq şəkildə təsdiqləyir.

"Beynəlxalq münasibətlərdə 'iki Çin' və ya "bir Çin - bir Tayvan" modelini yaratmaq cəhdləri uğursuzluğa məhkumdur", - deyə Çin XİN rəhbəri bildirib.//apa