Goranboyda 17 yaşlı oğlanı maşın vurdu
Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub.
Azmedia.Az xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi “VAZ 2107” markalı maşın vurub.
Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.//qafqazinfo


