Təyyarəni ələ keçirən pilotun üzərindən görün nə tapılıb

Təyyarəni ələ keçirən pilotun üzərindən görün nə tapılıb

“FlyDubai” kapitanına hücum etməkdə və təyyarənin idarəsini ələ keçirməyə cəhdə şübhəli bilinən Oman vətəndaşı Həmmam Əl-Həmami əvvəllər üzərində ekstremist materiallar tapıldığına görə uçuşdan kənarlaşdırılıb.

Azmedia.Az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Nəşr kəşfiyyat və hüquq-mühafizə orqanlarına istinadən qeyd edib ki, 29 yaşlı Əl-Həmami 2024-cü ildə “Oman Air” aviaşirkətində ikinci pilot olmaq üçün təlim keçib. Lakin onun üzərində ekstremist materiallar aşkarlandığı üçün uçuşdan kənarlaşdırılıb. Eyni zamanda, nəşrin həmsöhbətlərinin sözlərinə görə, ona aviaşirkətdə inzibati vəzifədə işləməyə icazə verilib. 

Müstəntiqlər həmçinin, terror aktı törətməyə cəhddə ittiham olunan Əl-Həmami əvvəlki problemlərdən sonra “FlyDubai”da necə işə düzəldiyini və hanslı yollarla İsrailə uçuşun ikinci pilotu təyin edildiyini araşdırırlar.

Mənbələrə görə, Əl-Hamami oktybrın 1-də Səudiyyə Ərəbistanından Birləşmiş Ərəb Əmirliklərinə göndərilib və orada istintaqla əməkdaşlıq edir.

“ABC News”-un məlumatına görə, o, təyyarəni İsraildə yerə çırpmaq niyyətində olduğunu bildirib.