Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu - Yaralılar var - Fotolar

Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu -

Ukraynanın paytaxtı Kiyev ətrafında yerləşən “Stolıçnı” kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücumuna məruz qalıb.

Azmedia.Az-ın əldə etdiyi məlumata görə, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həyatını itirib.

Məlumata görə, Abbas Abbasov bazarda ticarətlə məşğul olub.

Hücum zamanı daha bir neçə Azərbaycan vətəndaşının da yaralandığı bildirilir. Yaralananların kimliyi müəyyənləşdirilir.