Yevlaxda idarəetmədən çıxan avtomobil aşdı, sürücü yaralandı - VİDEO
Yevlaxda avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Aran və Duzdağ qəsəbələri arasından keçən hissəsində baş verib.
Belə ki, idarəetmədən çıxan minik avtomobili yol kənarına aşıb.
Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 1987-ci il təvəllüdlü sürücü Həsən Məmmədov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


