Qətl şübhəsi və dünya çempionluğu: Deputatın oğlunun da adı hallanan işdə son detallar- FOTO/VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı axtarışda olan MMA idmançısı Elmar Cəfərovun idman karyerasına dair maraqlı detallar üzə çıxıb. Onun müxtəlif illərdə beynəlxalq yarışlarda çempionluq və kubok qazandığı bildirilir.
Azmedia.Az xəbər verir ki, Oxu.Az-ın “Qafqazinfo”ya istinadən yaydığı məlumata görə, Bakıda Ceyhun adlı şəxsin qətlə yetirilməsi ilə bağlı şübhəli bilinən Elmar Cəfərov 2015-ci ildə Türkiyənin Antalya şəhərində kempo üzrə dünya çempionu olub. O, 2018-ci ildə isə Bakıda keçirilən budo üzrə dünya kubokunun qalibi adını qazanıb.
Məlumata əsasən, hadisədən sonra Elmar Cəfərov və “Sabunçu Emin” kimi tanınan şəxs hadisə yerindən uzaqlaşaraq gizləniblər.
Qətli törətməkdə şübhəli bilinən şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanıldıqları bildirilir.
Hadisə ilə əlaqədar deputat Arzuxan Əlizadənin oğlu da daxil olmaqla, ümumilikdə 9 nəfər saxlanılıb.


