Çempionlar Liqasında yeni mövsümün həyəcanı başlayır-

Çempionlar Liqasında yeni mövsümün həyəcanı başlayır-

UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə Liqa mərhələsinə bu gün start veriləcək. Turnirin ilk turunda bir neçə maraqlı qarşılaşma keçiriləcək.

Azmedia.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə Liqa mərhələsinin ilk turuna bu gün start veriləcək.

İlk oyun günündə ümumilikdə 6 qarşılaşma baş tutacaq. Günün diqqətçəkən görüşlərindən birində İngiltərənin “Mançester Siti” klubu səfərdə Portuqaliya təmsilçisi “Portu” ilə üz-üzə gələcək.

Digər maraq doğuran qarşılaşmada İspaniya nəhəngi “Real Madrid” doğma meydanda İtaliyanın “İnter” klubunu qəbul edəcək. Almaniyanın “Borussiya” Dortmund komandası isə İspaniya təmsilçisi “Vilyarreal”la qarşılaşacaq. 

Azərbaycan futbolsevərləri üçün isə əsas maraq doğuran qarşılaşma sentyabrın 10-da keçiriləcək. Ölkəmizi turnirdə təmsil edən “Sabah” həmin gün İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq. 

Qeyd edək ki, yeni format üzrə Liqa mərhələsində 36 komanda mübarizə aparacaq. Yekun sıralamada ilk 8 pillədə qərarlaşan komandalar birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanacaq.

9-24-cü yerləri tutan komandalar pley-off mərhələsində iştirak edəcək. 25-36-cı pillələrdə qərarlaşan klublar isə avrokuboklarda mübarizəni dayandıracaq.