“Barselona” bu gün Bakıya gəlir: Ulduz futbolçuların qalacağı hotel bəlli oldu

“Barselona” bu gün Bakıya gəlir: Ulduz futbolçuların qalacağı hotel bəlli oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Sabah”ın qonağı olacaq İspaniyanın “Barselona” klubunun Azərbaycana səfər planı məlum olub.

Azmedia.Az xəbər verir ki, Fanat.Az-ın əldə etdiyi məlumata görə, İspaniya təmsilçisi bu gün Bakıya gələcək. Komandanı daşıyan təyyarənin Bakı vaxtı ilə saat 21:00-da hava limanına eniş edəcəyi gözlənilir.

Kataloniya təmsilçisi qalacağı hotelin seçimini də artıq edib. Belə ki, “Barselona” futbolçuları paytaxtdakı “Ritz Carlton” hotelində məskunlaşacaqlar.

Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də keçiriləcək. Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq matçın start fiti saat 21:45-də səsləndiriləcək.