AAYDA-nın yarımçıq gördüyü iş ağır qəzaya səbəb ola bilərdi
AAYDA- nın yarımçıq təmiri ağır qəzaya səbəb ola bilərdi.
Azmedia.Az xəbər verir ki, Qaradağ rayonu ərazisində, Abşeron Ticarət Mərkəzinə gedən yolun vəziyyəti narazılıq doğurur. Yolda əmələ gələn iri çuxurlar sürücülər üçün ciddi təhlükə yaradır, üstəlik ərazidə işıqlandırma sisteminin olmaması riski daha da artırır.
Sürücülərin sözlərinə görə, qaranlıq vaxtlarda çuxurları görmək mümkün olmur, nəticədə avtomobillərin ehtiyat hissələri sıradan çıxır və qəza təhlükəsi artır. Vətəndaşlar aidiyyəti qurumlardan problemin təcili həllini tələb edirlər.


