Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi- FOTO
Tanınmış müğənni Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə musiqisevərlərin qarşısına çıxıb. Sənətçinin çıxışı və səhnə təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Azmedia.Az xəbər verir ki, noyabrın 25-də tanınmış müğənni Kəmalə Qaramollayevanın Heydər Əliyev Sarayında konsert proqramı təşkil olunub. Musiqi gecəsi sənətsevərlərə yaddaqalan anlar yaşadıb.
Geniş repertuar, müxtəlif musiqi nömrələri və özünəməxsus səhnə təqdimatı ilə seçilən konsert Kəmalə Qaramollayevanın ifaçılıq bacarığını və musiqiyə fərdi yanaşmasını bir daha nümayiş etdirib.
Konsert proqramı başlamazdan əvvəl müğənni media nümayəndələrinin suallarını cavablandırıb. Kəmalə Qaramollayeva sevincini bölüşərək belə məsuliyyətli və möhtəşəm səhnədə çıxış etməyin onun üçün böyük qürur olduğunu qeyd edib.
Daha sonra tanınmış musiqişünas, Heydər Əliyev Sarayında keçirilən çoxsaylı konsertlərin musiqi rəhbəri Asif Kərimov da tədbirlə bağlı fikirlərini açıqlayıb.
O, Kəmalə Qaramollayeva ilə əməkdaşlıq edən növbəti müğənninin ölkənin əsas səhnəsində konsert proqramı ilə tamaşaçıların qarşısına çıxmasını müsbət qiymətləndirib.
Asif Kərimov bunun Azərbaycan peşəkar musiqisinin inkişafı və təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Musiqişünasın sözlərinə görə, Heydər Əliyev Sarayı məhz peşəkar musiqiçilərin çıxış etdiyi səhnədir.
Tədbirdə Tanınmış aparıcı,rejissor, prodüser Azmedia Group MMC-nin və bir sıra informasiya portallarının rəhbəri Zaur Əliyev, Azmedia.AZ-ın müxbiri, jurnalist Əli Şəyəldiyev, eləcə də iştirak ediblər.
Konsert proqramında tanınmış ifaçılar, müğənnilər, incəsənət nümayəndələri və digər dəvətli qonaqlar da iştirak ediblər.



