Məşhur müğənni 85 yaşında VƏFAT ETDİ- FOTO

Məşhur müğənni 85 yaşında VƏFAT ETDİ-

“Beach Boys” qrupunun qurucularından, “Surfin’ USA” və “California Girls” kimi məşhur mahnıların həmmüəllifi və əsas ifaçısı Mayk Lav 85 yaşında dünyasını dəyişib.

Azmedia.Az xəbər verir ki, bu barədə sənətçinin mətbuat katibi Keyti Altman məlumat verib.

Mayk Lav dünən vəfat edib.

Qeyd edək ki, Mayk Lav 1960-cı illərin əvvəllərində Kaliforniyanın eyni şəhərətrafı ərazisində yaşayan Uilson qardaşları – Brayan, Karl və Dennislə birlikdə “Beach Boys” qrupunun əsasını qoyub. Bir neçə il sonra ailə dostları Əl Jardinin də qrupa qoşulması ilə musiqi fəaliyyətlərini genişləndiriblər. Onlar məşqlərini Uilson qardaşlarının qarajında keçiriblər.

Sörfinq, avtomobillər və qızlar haqqında mahnıları ilə beynəlxalq şöhrət qazanan vokal qrupu 1963–1966-cı illər ərzində iyirmidəlik hit-paradlarda 12-dən çox mahnı ilə təmsil olunub. “I Get Around”, “Help Me, Rhonda” və “Good Vibrations” mahnıları isə hit-paradların zirvəsinə yüksəlib.

Qrupun albomlarının dünya üzrə ümumi satış tirajı 100 milyon nüsxəni ötüb.