Abid Şərifovun qardaşı oğlu vəzifəsindən azad edilib- FOTO

Abid Şərifovun qardaşı oğlu vəzifəsindən azad edilib-

Şəki Dövlət Regional Kollecində rəhbər vəzifə ilə bağlı kadr dəyişikliyi aparılıb. Direktor vəzifəsində çalışan Sərdar Şərifov tutduğu vəzifədən azad edilib.

Azmedia.Az xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, Sərdar Ənvər oğlu Şərifov “Şəki Dövlət Regional Kolleci” Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Məlumata görə, bu ilin aprel ayında Şəki Dövlət Regional Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilən Günel Mustafayeva direktor vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub.

Şəki Dövlət Regional Kolleci 2020-ci ildə Şəki Pedaqoji Kolleci, Şəki Musiqi Kolleci və Şəki Dövlət Texniki Kollecinin birləşdirilməsi əsasında yaradılıb. Sərdar Şərifov həmin tarixdən etibarən kollecin direktoru vəzifəsində fəaliyyət göstərib.

Qeyd olunur ki, Sərdar Şərifov Azərbaycanın sabiq Baş nazirinin müavini Abid Şərifovun qardaşı oğludur.