Abşeronda işıq dirəklərinin əksəriyyəti işləmir: Qəza riski artır- VİDEO
Sumqayıt–Xırdalan istiqamətində, Ceyranbatan yolu boyunca “Ev Mebel Şəhəri” ərazisinə qədər olan hissədə yol kənarındakı işıq dirəklərinin işləməməsi diqqət çəkir.
Azmedia.Az xəbər verir ki, Sumqayıt şəhərindən Xırdalan istiqamətində, Ceyranbatan yolu boyunca “Ev Mebel Şəhəri” ərazisinə qədər uzanan yolun kənarında yerləşən işıq dirəklərinin əksəriyyəti işlək vəziyyətdə deyil.
Mövcud vəziyyət xüsusilə axşam və gecə saatlarında yoldan istifadə edən sürücülər üçün çətinlik yarada, ərazidə hərəkətin təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Yolun müvafiq hissəsində işıqlandırma sisteminin işlək vəziyyətə gətirilməsi, problemin səbəblərinin araşdırılması və zəruri tədbirlərin görülməsi vacibdir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Qurumlar tərəfindən veriləcək rəsmi cavab və açıqlamalar əldə olunduqdan sonra Azmedia.Az saytında dərc ediləcək.


