Bakıda güclü yağış yağdı, işıqfor sıradan çıxdı – Yollar iflic oldu! - VİDEO

Bakıda güclü yağış yağdı, işıqfor sıradan çıxdı –

Paytaxtda güclü yağışın yağması şəhərin nəqliyyat sistemində dərhal ciddi fəsadlar yaradıb.

Azmedia.Az xəbər verir ki, əlverişsiz hava şəraiti fonunda Nərimanov rayonunun ən gərgin nöqtələrindən biri olan Ağa Nemətulla küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində quraşdırılmış işıqfor qəfil sıradan çıxıb.

Leysanın yaratdığı texniki nasazlıq və idarəetmə sistemindəki problemlər səbəbindən işıqforun sönməsi sözügedən qovşaqda tam bir xaosa səbəb olub.

Nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən mexanizmin işləməməsi səbəbindən həm Ağa Nemətulla, həm də Əhməd Rəcəbli küçələrində uzun avtomobil növbələri yaranıb.

Ərazidən görüntüləri təqdim edirik.