Mingəçevirdə Milli Qəhrəman Natiq Qasımov haqqında süni intellektlə hazırlanan film nümayiş olunub - FOTOLAR
Mingəçevirdə Milli qəhrəman Natiq Qasımova həsr olunmuş və süni intelektlə hazırlanmış filmin təqdimatı keçirilib.
Azmedia.Az-ın məlumatına görə, "Düşmənə qarşı tək" filminin təqdimat nümayişi Mingəçevir Dövlət Dram Teatrında baş tutub. 20-ədək filmin ssenari müəllifi olan Fariz Əliyevin sənədli motivləri əsasında "SOY "Production tərəfindən ərsəyə gələn filmi seyr edənlər arasında qəhrəmanın doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri yer alıb. 25 dəqiqə sürən film təqdimatı onu seyr edən çox sayda tamaşaçılar tərəfindən geniş rezonans doğuraraq alqışlara layiq görülüb. Qeyd edək ki, süni intelektin köməyi ilə ərsəyə gələn "Düşmənə qarşı tək" filmi təcrübəli süni intelekt mütəxəssisləri Sarvan Hüseyn və Nəzrin Məmmədli tərəfindən hazırlanıb.Təqdimat zamanı qeyd olunub ki, Milli Qəhrəman Natiq Qasımov uşaqlıqdan kinoya xüsusi maraq göstərib. Hətta o, gənclik illərində bir müddət Mingəçevirdə kinomexanik vəzifəsində çalışaraq bu sahə ilə yaxından bağlı olub.
Ehtiram Muradov
Azmedia.Az


