Şəfiqə Məmmədovanın sədrliyi rəsmiləşdi - Nazirlik təsdiq etdi
Xalq artisti, professor Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrliyi rəsmi təsdiq edilib.
Azmedia.Az-ın əldə etdiyi məlumata görə, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılaraq təsdiq olunması üçün Ədliyyə Nazirliyinə göndərilən sənəd rəsmi təsdiqlənib.
Ş.Məmmədovayla bərabər Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə İdarə Heyəti də rəsmiləşdirilib. İdarə Heyəti 27 nəfər üzvdən ibarət olacaq.
Yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvlərini təqdim edirik:
1. Aydəmir Azər Rauf oğlu
2. Cəfərov Elxan Pərviz oğlu
3. Əli Akif Əli oğlu
4. Əliyev Şamil Yavər oğlu
5. Hacılı Əmir Pəhlivan oğlu
6. Iskəndərova Mahirə Abbas qızı
7. Kazımov Aydın Ələsgər oğlu
8. Qasımov Kamran Mürsəl oğlu
9. Qəmbərov Rəfail Əliyeviç
10. Quliyev Cəmil Elşad oğlu
11. Qulamov Arzu Aydın oğlu
12. Qurbanova Firəngiz Ağa Dadaş qızı
13. Mahmudov Abduləhəd Əlisa oğlu
14. Mansurov Eldar Bəhram oğlu
15. Mahmudova Ceyran Emin qızı
16. Manafov Fəxrəddin Manaf oğlu
17. Məmmədova Şəfiqə Haşımovna
18. Məsimov Baba Vəzir oğlu
19. Məmmədov Rövşən İsax oğlu
20. Mehdiyev Cahangir Yaqub oğlu
21. Mir-Qasım Oktay Mir-Əsədulla oğlu
22. Murtuzov Zəfər Həbi oğlu
23. Mustafayev Vaqif Behbud oğlu
24. Ömərova Həmidə Məmməd qızı
25. Rzayev Anar Rəsul oğlu
26. Sultanova Sevda Əliəşrəf qızı
27. Zəki Mehriban Mürvət qızı
Qeyd edək ki, Şəfiqə Məmmədova ötən ay Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti yığıncağında sədr seçilib.//manset


