Milli Qəhrəman Natiq Qasımova həsr olunan "Ölməz” tamaşasının premyerası olub

Milli Qəhrəman Natiq Qasımova həsr olunan "Ölməz” tamaşasının premyerası olub

Mingəçevirdə Milli Qəhrəman Natiq Qasımova həsr olunan "Ölməz” tamaşasının premyerası olub.

Azmedia.Az-ın məlumatına görə Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn və Sumqayıt Dövlət Dram Teatrının kollektivi tərəfindən hazırlanan tamaşa ilk dəfə olaraq Mingəçevir şəhərində teatr həvəskarlarına nümayiş olunub. 

Qarabağ müharibəsinin əfsanəvi qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” tamaşası  ilə Mingəçevir şəhərində geniş auditoriya önündə çıxış edən teatr kollektivi uğurlu vətənpərvərlik əsərinə müəlliflik edib.

Qeyd edək ki, səhnə əsəri yazıçı Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanmış qəhrəmanlıq dramıdır. Quruluşçu rejissor Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssam Elşən Sərxanoğlu, rejissor Ümid Abbaszadədir. 

Tamaşada Natiq Qasımovun igidliyi və vətənpərvərliyi bədii ifadə vasitələri ilə tamaşaçıya uğurlu təqdim olunur.

Ehtiram Muradov

Azmedia.Az