“Sabah”ın “Mançester Yunayted”lə oyununda 300-ə yaxın azarkeş tribunada olacaq-

“Sabah”ın “Mançester Yunayted”lə oyununda 300-ə yaxın azarkeş tribunada olacaq-

“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə “Mançester Yunayted”lə qarşılaşacaq. Azərbaycan təmsilçisini bu oyunda 300-ə yaxın azarkeş dəstəkləyəcək. 

Azmedia.Az xəbər verir ki, “Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcəyi oyunda azarkeş dəstəyindən yararlanacaq.

Məlumata görə, Azərbaycan təmsilçisinin qarşılaşmada təxminən 300 azarkeşi tərəfindən dəstəklənməsi gözlənilir.

Bu barədə “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. 

Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” oyunu sentyabrın 10-da keçiriləcək.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüş İngiltərənin Mançester şəhərində yerləşən məşhur “Old Trafford” stadionunda baş tutacaq.