“Barselona”nın sabiq hücumçusu “Qarabağ”a keçə bilər- FOTO

“Barselona”nın sabiq hücumçusu “Qarabağ”a keçə bilər-

Qarabağ” Albaniya millisinin hücumçusu Rey Manajı heyətinə qatmaq variantını nəzərdən keçirir.

Azmedia.Az xəbər verir ki, Sportinfo.az-ın Sportal.az-a istinadən yaydığı məlumata görə, Ağdam təmsilçisi təcrübəli forvardın transferi ilə maraqlanır.

Hazırda klubsuz olan alban futbolçu qış transfer pəncərəsinə qədər özünə yeni komanda tapa bilməsə, “Qarabağ” ona müqavilə təklif edə bilər.

Mərkəz hücumçusu karyerası ərzində “İnter”, “Kremoneze”, “Peskara”, “Piza”, “Qranada”, “Albasete”, “Barselona”, “Spetsiya”, “Uotford”, “Sivasspor” və “Şarjah” klublarının formasını geyinib.