Azərbaycanda istirahət mərkəzində FACİƏ - ÖLƏNLƏR VAR
Bu gün saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb.
Azmedia.Az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
İlkin məlumata görə, ölüm halı istirahət mərkəzində kanat qırılması nəticəsində baş verib.
Qeyd edək ki, bu gün günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində kanat qırılıb. Nəticədə 2 nəfər yüksəklikdən düşərək həyatını itirib. Ölənlərdən biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur. Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirilir.//oxu24


