Azərbaycanın tanınmış polkovniki vəfat etdi – Ankarada dünyasını dəyişdi- FOTO

Azərbaycanın tanınmış polkovniki vəfat etdi – Ankarada dünyasını dəyişdi-

Azərbaycanın hüquq-mühafizə orqanlarında uzun illər xidmət etmiş tanınmış polkovnikin vəfatı xəbəri yayılıb.

Azmedia.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarının polkovniki Abdulla Məmmədov Ankarada xəstəlik səbəbindən dünyasını dəyişib.

Məlumata görə, A.Məmmədov ağır əməliyyatlar keçirsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Abdulla Əli oğlu Məmmədov uzun illər Azərbaycanın hüquq-mühafizə orqanlarında fəaliyyət göstərib. O, Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra orden və medallarla təltif olunub.

Allah rəhmət eləsin!