“Bayern Münhen”də narahatlıq: Vinsent Kompani məşq zamanı huşunu itirdi
Almaniya klubunun belçikalı baş məşqçisi Vinsent Kompani məşq zamanı huşunu itirib. Hadisədən sonra mütəxəssis xəstəxanaya çatdırılıb.
Azmedia.Az xəbər verir ki, “Bayern Münhen”in baş məşqçisi Vinsent Kompani oktyabrın 23-də klubun məşq bazasında huşunu itirib. Hadisə 40 yaşlı mütəxəssisin komandanın ikinci heyətinin məşqini izlədiyi vaxt baş verib.
Almaniya mətbuatının məlumatına görə, hadisə yerinə təcili tibbi yardım helikopteri gəlib. Kompani isə xəstəxanaya təcili tibbi yardım avtomobili ilə aparılıb.
Hadisə zamanı Kompaninin son günlər virus infeksiyasından əziyyət çəkdiyi də bildirilib. Klubun açıqlamasına əsasən, mütəxəssis xəstəxanada ətraflı müayinədən keçiriləcək və həkim nəzarətində qalacaq. O, işə qayıdana qədər komandanın məşq və oyun prosesini məşqçilər korpusu idarə edəcək.


