İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədrliyində kadr dəyişikliyi-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədrliyi ilə bağlı yeni qərar qəbul olunub.
Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyev Fondun rəhbərliyində dəyişikliklə bağlı müvafiq Sərəncam imzalayıb.
Sənədə əsasən, Fəxri Xanhüseyn oğlu Kazımov İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.
Digər Sərəncamla isə Osman İsmayıl oğlu Xaliyev həmin vəzifəyə təyin edilib.


