Mingəçevirdə iki gəzinti qayığı toqquşub
Mingəçevirdə Kür çayında iki gəzinti qayığı toqquşub.
Azmedia.Az-ın məlumatına görə, hadisə Kür çayının Sahil Parkı ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, sahilə yaxın ərazidə iki kiçik gəzinti qayığı toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Lakin toqquşma nəticəsində qayıqlara qismən zərər dəyib.
Ehtiram Muradov
Azmedia.Az


