Paytaxtda üç avtomobil toqquşub - VİDEO

Paytaxtda üç avtomobil toqquşub -

Bakıda zəncirvari yol qəzası olub.  

Azmedia.Az-ın məlumatına görə, hadisə Bakı şəhərinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş verib.

İlkin məlumata əsasən, onlardan biri "Vita" markalı olmaqla üç avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən yolda nəqliyyatın hərəkəti çətinləşib və ərazidə tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az