Yevlaxda TIR toqquşduğu avtomobili 300 metr sürüklədi

Yevlaxda TIR toqquşduğu avtomobili 300 metr sürüklədi

Yevlaxda TIR toqquşduğu avtomobili 300 metr sürüklədi.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Aran qəsəbəsi istiqamətindən keçən hissəsində baş verib.

Belə ki, TIR qarşısına çıxan və toqquşduğu VAZ-21015 markalı minik avtomobilini təxminən 300 metr məsafədə önündə sürükləyib.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb. Ağır toqquşmaya baxmayaraq, sürücünün sağ qalması mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az