Dünyanın ən yaxşı məşqçisi kim olacaq? - SİYAHI

Dünyanın ən yaxşı məşqçisi kim olacaq? -

"France Football" jurnalı ilin ən yaxşı məşqçisi mükafatına namizədləri açıqlayıb.

Azmedia.Az xəbər verir ki, mükafat uğrunda 5 mütəxəssis mübarizə aparacaq.

Namizədlər və onların ötən mövsüm əldə etdikləri uğurlar belədir:

Mikel Arteta ("Arsenal") - İspaniyalı mütəxəssisin rəhbərliyi altında "Arsenal" 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub. London klubu 22 ildən sonra ilk dəfə ölkə çempionluğunu qazanıb.

Luis de la Fuente (İspaniya millisi) - Onun rəhbərlik etdiyi İspaniya yığması bu yay ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında qızıl medallara sahib çıxıb.

Unay Emeri ("Aston Villa") - İspaniyalı baş məşqçinin rəhbərliyi ilə "Aston Villa" 2025/26 mövsümündə UEFA Avropa Liqasının qalibi olub.

Vensan Kompani ("Bavariya") - Almaniya klubu belçikalı mütəxəssisin rəhbərliyi altında ötən mövsüm həm Bundesliqada, həm də Almaniya Kubokunda çempionluq yaşayıb.

Luis Enrike (PSJ) - İspaniyalı çalışdırıcının komandası ötən mövsüm Liqa 1, Fransa Superkuboku, UEFA Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.

Qeyd edək ki, ilin ən yaxşı məşqçisi mükafatının qalibi oktyabrın 26-da keçiriləcək "Qızıl top"un təqdimetmə mərasimində açıqlanacaq.