“Barselona” – “Sabah” matçında ölən azarkeşin KİMLİYİ ilə bağlı ŞOK DETAL: Şirkət rəhbəri imiş!- FOTO

“Barselona” – “Sabah” matçında ölən azarkeşin KİMLİYİ ilə bağlı ŞOK DETAL: Şirkət rəhbəri imiş!-

Bakıda “Barselona” və “Sabah” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının oyunu zamanı həyatını itirən azarkeşlə bağlı yeni təfərrüatlar məlum olub. 

Azmedia.Az xəbər verir ki, 39 yaşlı Anton P. məhz qarşılaşmanı izləmək üçün bir gün əvvəl xüsusi olaraq Azərbaycana gəlib.

Matç zamanı kişinin qəfil səhhəti pisləşib. O, huşunu itirərək tribunada yerə yıxılıb. Hadisə şahidləri tibbi yardım çağırıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, ölümün səbəbi ürək çatışmazlığı olub. Hazırda mərhumun cəsədi morqda saxlanılır.

Anton Krasnoyarsk diyarının İqarka şəhərindəndir. Son bir neçə ildə Moskvada yaşayıb. O, layihə-tikinti şirkətinin baş direktoru olub, eyni zamanda daşınmaz əmlakın icarəyə verilməsi ilə məşğul olub.

Mərhumun çox səyahət etdiyi, tez-tez Maldiv adalarında istirahət etdiyi bildirilir. O, Moskvanın “Lokomotiv” klubunun azarkeşi olub.