Füzulidə ağır yol qəzası - ÖLƏNLƏR VAR
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumatına görə, hadisə Böyük Bəhmənli kəndi ərazisində baş verib.
"Mercedes" markalı avtomobil "VAZ"2107 markalı nəqliyyat vasitəsilə toqquşub. Qəza zamanı 1990-cı il təvəllüdlü Vəliyev Əli Canbul oğlu və 2000-ci il təvəllüdlü Talıbov Mirqəşəm İsmayıl oğlu hadisə yerində həyatını itirib. 2 nəfər yaralı - 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev isə xəstəxanaya çatdırılıb.
Qəza zamanı ölənlərin hərbçi olduğu, xəsarət alan R.Namazəliyev isə ANAMA əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


