Mingəçevirdə ağır yol qəzası: Motosikletçinin vəziyyəti ciddidir, kimliyi bilinmir

Mingəçevirdə ağır yol qəzası: Motosikletçinin vəziyyəti ciddidir, kimliyi bilinmir

Mingəçevirdə minik avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Azmedia.Az xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində baş verib. “Hyundai Elantra” markalı avtomobil motosikletlə toqquşub.

Müxtəlif bədən xəsarətləri alan motosikletçi 20 yaşlı Hüseynzadə Amal ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı yaralının vəziyyətinin ciddi olduğu müəyyən edilib.

Yaralının huşsuz vəziyyətdə olması və üzərində kimliyini təsdiq edən hər hansı sənədin tapılmaması səbəbindən onun şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az