Güclü külək Yevlax və Goranboyda ağacları aşırıb - FOTOLAR

Güclü külək Yevlax və Goranboyda ağacları aşırıb -

Güclü külək Yevlax və Goranboyda ağacları kökündən qoparıb

Azmedia.Az-ın məlumatına görə, güclü külək hər iki rayonda müxtəlif fəsadlara səbəb olub.

Yevlaxın Salahlı kəndində ağac kənd məktəbinin həyətinə aşıb. Varvara-Hacıselli kənd yolunda isə aşan ağac avtomobil yolunu bağlayaraq nəqliyyatın hərəkətinə məhdudiyyət yaradıb. Oxşar vəziyyət Goranboy rayonunda da qeydə alınıb. Rayon mərkəzində avtomobil yoluna aşan ağac hərəkətə mane olub.

Ehtiram Muradov

Azmedia.Az