Lerikdə qızıl axtaran şəxslərə qarşı əməliyyat: Bir nəfər öldü- FOTO

Lerikdə qızıl axtaran şəxslərə qarşı əməliyyat: Bir nəfər öldü-

Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran üç nəfər polis tərəfindən müəyyən edilib. Onlardan biri qaçmağa cəhd edərkən qayalıqdan dərəyə yıxılaraq ölüb.

Azmedia.Az xəbər verir ki, oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran üç nəfər polis əməkdaşları tərəfindən müəyyən olunub.

Həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R. Səfərov qayalıqdan dərəyə yıxılıb. O, aldığı xəsarətlər nəticəsində həyatını itirib.

Digər şəxs E. Kərimov saxlanılıb.

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək götürülüb.

Hazırda hadisənin digər iştirakçısının müəyyənləşdirilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.