15 İLLİK ƏMƏKDAŞLIĞA SON QOYDU – Tanınmış aparıcı kanaldan getdi!

15 İLLİK ƏMƏKDAŞLIĞA SON QOYDU – Tanınmış aparıcı kanaldan getdi!

Tanınmış televiziya aparıcısı Günel Qədimova uzun illər çalışdığı telekanalla yollarını ayırıb.

Azmedia.Az xəbər verir ki, aparıcı Günel Qədimova təxminən 15 il fəaliyyət göstərdiyi “Xəzər TV” ilə əməkdaşlığını başa vurub.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edərək qərarının öz istəyilə qəbul edildiyini bildirib.

Aparıcı paylaşımında çalışdığı televiziyanın onun həyatında xüsusi yer tutduğunu, burada peşəkar fəaliyyətə başladığını və inkişaf etdiyini vurğulayıb.

Günel Qədimova paylaşımında bunları qeyd edib:

“Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura mənim üçün sadəcə iş yeri deyil, daha artığı oldu. Sözün əsl mənasında, burada yetişdim deyə bilərəm. "Xəzər Xəbər"in yeri isə məndə həmişə xüsusi qalacaq. Çox gözəl, qarışıq duyğularla iş yoldaşlarımdan ayrıldım. Keçmişə minnətdar, gələcəyə ümidliyəm”.

Qeyd edək ki, Günel Qədimova uzun illər “Xəzər Xəbər”in aparıcısı kimi fəaliyyət göstərib.