Messi və Ronaldo eyni komandada forma geyinəcək-
Argentina futbolunun sabiq ulduzu Karlos Tevez futbol dünyasının iki əfsanəsi Lionel Messi və Kriştiano Ronaldonu eyni komandada görmək istəyini gerçəkləşdirəcək.
Azmedia.Az xəbər verir ki, Argentina futbolunun əfsanəvi simalarından biri olan Karlos Tevez 2026-cı ilin dekabrında Buenos-Ayresdəki məşhur “La Bombonera” stadionunda keçiriləcək vida matçı ilə bağlı diqqətçəkən açıqlama verib.
Tevez bildirib ki, vida matçında futbol tarixinin ən böyük iki ulduzu – Lionel Messi və Kriştiano Ronaldonu eyni komandada bir araya gətirmək istəyir.
Onun sözlərinə görə, hər iki futbolçu ilə şəxsən əlaqə saxlanılıb və Messi ilə Ronaldo bu xüsusi dəvəti qəbul edərək yaşıl meydanda eyni formanı geyinməyə razılıq veriblər.
Dünyanın ən böyük futbol rəqibləri kimi tanınan Messi və Ronaldonun bir komandada çıxış etməsinin futbolsevərlər üçün xüsusi və emosional an olacağını vurğulayan Tevez bu görüşün uzun illər yaddaşlarda qalacağına inandığını bildirib.


