“Barselona”nın Bakıya səfəri öncəsi azarkeşlərə PİS XƏBƏR: Lamin Yamal Azərbaycana gəlmir!
“Barselona”nın ulduz futbolçusu Lamin Yamal komandanın Bakıya səfərində iştirak etməyəcək.
Azmedia.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, “Vilyarreal”la qarşılaşmada zədələnən 18 yaşlı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Sabah”la keçiriləcək oyun üçün Azərbaycana gəlməyəcək. O, bərpa prosesini davam etdirmək məqsədilə Barselonada qalacaq.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması saat 21:45-də başlayacaq.



