Mingəçevirdə qovaq ağacı yola aşdı – hərəkətə məhdudiyyət yarandı- FOTO

Mingəçevirdə qovaq ağacı yola aşdı – hərəkətə məhdudiyyət yarandı-

Mingəçevərdə iri qovaq ağacının aşaraq nəqliyyat yoluna düşməsi hərəkətdə müvəqqəti məhdudiyyət yaradıb.

Azmedia.Az xəbər verir ki, hadisə Həzi Aslanov və Dilarə Əliyeva küçələrinin kəsişməsində baş verib.

Qəfil yola aşan qovaq ağacı nəqliyyat vasitələrinin normal hərəkətinə müvəqqəti maneə yaradıb.

Hadisə ilə əlaqədar Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları əraziyə cəlb olunublar. Əməkdaşlar tərəfindən ağacın yaratdığı fəsadlar aradan qaldırılıb və yolun hərəkət üçün açılması təmin edilib.

Ehtiram Muradov

Azmedia.Az