Mingəçevirdə yol qəzası: İki nəfər xəstəxanaya çatdırıldı
Mingəçevirdə avtobusla minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Azmedia.Az xəbər verir ki, hadisə Çimərlik yolu istiqamətində baş verib.
Avtobusla minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 1964-cü il təvəllüdlü Valeh İbrahimov və 1982-ci il təvəllüdlü Afiq Məsimov xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


