Ronaldo yeni malikanə tikdirir: 23 otaq, 20 maşınlıq qaraj- FOTO

Ronaldo yeni malikanə tikdirir: 23 otaq, 20 maşınlıq qaraj-

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo gələcəkdə yaşamağı planlaşdırdığı, dəyəri 30 milyon avro olan nəhəng malikanə inşa etdirir.

Azmedia.Az xəbər verir ki, Portuqaliya mətbuatının məlumatına görə, Kriştiano Ronaldonun yeni malikanəsi ölkəsinin paytaxtı Lissabonun mərkəzindən 30 kilometr məsafədə tikilir.

Dəyəri 30 milyon avro (təxminən 57 milyon manat) olan mülkdə ümumilikdə 23 otaq və 7 vanna otağının olacağı bildirilir.

Malikanənin ərazisində Atlantik okeanına açılan mənzərəsi olan iki hovuzla yanaşı, şüşə döşəməli xüsusi hovuzun da inşa ediləcəyi qeyd olunur.

Villada müasir avadanlıqlarla təchiz edilmiş şəxsi kinoteatr da yer alacaq.

Bundan başqa, Ronaldonun milyonlarla avro dəyərində olan lüks avtomobil kolleksiyasını saxlamaq üçün 20 avtomobillik yeraltı qaraj tikiləcək.