Traktorla toqquşan “KİA” alışdı - 5 nəfər yanaraq öldü - FOTOLAR
Zərdabda KİA traktorla toqquşaraq yanıb: 5 nəfər ölüb, 1 nəfər yaralanıb
Azmedia.Az xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda baş verib. “KİA” markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.
Qəza nəticəsində 5 nəfər yanaraq ölüb. Onların minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova olduğu məlum olub.
Hadisə zamanı 1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.//qafqazinfo


