Azərbaycanda qatarın avtomobillə toqquşmasının ANBAAN VİDEOSU
Salyanda "Mercedes-Benz" markalı minik avtomobili ilə qatarın toqquşmasının yeni təfərrüatı məlum olub.
Azmedia.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Salmanlı dəmir yolu sahəsində baş verib.
Görüntülərdən aydın olur ki, avtomobildə yaranan problem səbəbindən sürücü nəqliyyat vasitəsini dəmiryol relslərinin üzərində tərk edir.
Qısa müddət sonra isə avtomobil hərəkətdə olan qatarla toqquşur.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC dəmir yolunda avtomobilin qatarla toqquşması ilə bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, bu gün səhər saatlarında "Mercedes" markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi avtomobil Salyan-Salmanlı sahəsində hərəkətdə olan lokomotivin qarşısına çıxıb:
"Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində lokomotivə zərər dəyib.
ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına, o cümlədən yol nişanlarının tələblərinə ciddi əməl etməyə çağırır.
Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır".//oxu


