Xalq artisti Naibə Allahverdiyevanın səhhəti pisləşdi
Xalq artisti, aktrisa Naibə Allahverdiyeva oktyabrın 23-də gecə saatlarında xəstəxanaya yerləşdirilib. Onun hospitalizasiya olunması ilə bağlı TƏBİB-dən məlumat verilib.
Azmedia.Az xəbər verir ki, TƏBİB-in BAKU.WS-in sorğusuna cavab olaraq verdiyi məlumata görə, 23 oktyabr 2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsinə çağırış qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən Naibə Allahverdiyeva özəl tibb müəssisələrindən birinə hospitalizasiya olunub.
Qeyd edək ki, BAKU.WS-in Axşam.az-a istinadən yaydığı məlumatda aktrisanın hipertonik kriz diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilib. Həmin məlumatda onun həkim nəzarətində olduğu qeyd edilib.


