“Zauru çox sevirdim, onunla evlənmək istəyirdim” – Dəniz Şamaxlıdan etiraf
Müğənni Dəniz Şamaxlı aparıcı Zaur Baxşəliyevlə bağlı şəxsi hisslərini açıqlayıb. Onun etirafı diqqət çəkib.
Azmedia.Az xəbər verir ki, müğənni Dəniz Şamaxlı aparıcı Zaur Baxşəliyevi vaxtilə çox sevdiyini, hətta onunla ailə qurmaq arzusunda olduğunu bildirib.
“Real Azərbaycan”ın məlumatına görə, sənətçi şəxsi hisslərindən danışarkən Zaur Baxşəliyevə olan sevgisini və həmin dövrdə yaşadığı duyğuları dilə gətirib.
Dəniz Şamaxlı bildirib ki, onun da hər kəs kimi ürəyində sevdiyi biri olub və həmin şəxs Zaur Baxşəliyev olub.
“Zaur Baxşəliyevi çox sevmişəm, hətta onunla ailə həyatı qurmaq istəyərdim. Sonradan o, Günay xanımla ailə qurdu. Mən isə onu qısqanır, buna görə çox pis olur, kədərlənirdim. Daha sonra anladım ki, belə düşünmək və hisslərə qapılmaq düzgün deyil. Bu, mənim uşaqlıq səhvim idi”, – deyə müğənni qeyd edib.




