Eşqlərini gizlətməyən Devrim Özkan və Deniz Can Aktaş ilk dəfə BİRLİKDƏ GÖRÜNTÜLƏNDİLƏR- VİDEO
Bir müddətdir münasibət yaşayan türkiyəli aktrisa Devrim Özkan və aktyor Deniz Can Aktaş ilk dəfə birlikdə görüntüləniblər. Jurnalistlərin suallarına cavab verməyən cütlük avtomobillərinə əyləşərək ərazidən uzaqlaşıb.
Azmedia.Az xəbər verir ki, bir müddətdir eşq yaşayan Devrim Özkan və Deniz Can Aktaş İstanbulda yerləşən məkanlardan birində şam yeməyi yedikdən sonra jurnalistlərin kameralarına tuş gəliblər.
Məlumata görə, jurnalistlər cütlükdən münasibətləri ilə bağlı açıqlama almağa çalışıblar. Lakin Özkan və Aktaş ünvanlanan sualları cavablandırmayıblar. Daha sonra avtomobillərinə əyləşərək ərazidən uzaqlaşıblar.
Qeyd edək ki, iki gün əvvəl Devrim Özkan sevgilisi ilə çimərlikdə çəkilmiş fotosunu ilk dəfə şəxsi “Instagram” hesabında paylaşıb. Aktrisanın bu paylaşımı cütlüyün münasibətlərini sosial şəbəkədə açıq şəkildə nümayiş etdirməsi kimi qiymətləndirilib.
Xatırladaq ki, Devrim Özkan və Deniz Can Aktaş “Yeraltı” serialında tərəf müqabili olublar. Cütlüyün münasibətinin də məhz bu layihədən sonra başladığı bildirilir.


