Gülərdən “Real Madrid”lə bağlı mühüm qərar – yeni müqavilə imzaladı
Türkiyəli futbolçu Arda Gülər İspaniya nəhəngində çıxışını yeni müqavilə ilə davam etdirəcək.
Azmedia.Az insayder Fabrzio Romanoya istinadən xəbər verir ki, “Real Madrid”in türkiyəli ulduzu Arda Gülər klubla 5 illik yeni müqavilə imzalayıb.
21 yaşlı futbolçu İspaniyadakı uğurlu yüksəlişini yeni müqavilə ilə davam etdirəcək.
Madrid təmsilçisi Arda Gülərin uşaqlıq fotosunu sosial media hesabında paylaşaraq şəklin üzərinə “Mükəmməl” sözünü yazıb.
Qeyd edək ki, Jurnalist Fabrizio Romanonin məlumatına görə, müqavilə 2032-ci ilin iyun ayınadək qüvvədə olacaq. Razılaşma sentyabrda əldə edilib, sənədlər isə artıq imzalanıb


