Dekonun heyətə qata bilmədiyinə PEŞMAN OLDUĞU FUTBOLÇU BƏLLİ OLDU!- FOTO
“Barselona”nın idman direktoru Dekonun transfer edə bilmədikləri futbolçular arasında ən çox hansına görə təəssüfləndiyi məlum olub.
Azmedia.Az xəbər verir ki, ona bu barədə ünvanlanan suala cavab verən Deko “Liverpul”un kolumbiyalı hücumçusu Luis Diasın adını çəkib.
Dekodan yanvar transfer pəncərəsində müdafiəçi transferinin reallaşdırılmasının mümkün olub-olmadığı da soruşulub.
O, bunun mümkün olduğunu, lakin zədələrin mövcud vəziyyəti çətinləşdirdiyini bildirib. Dekonun sözlərinə görə, klub rəhbərliyi baş məşqçi ilə müzakirələr apararaq hansı mövqeyə və hansı futbolçuya ehtiyac olduğunu dəqiqləşdirməlidir.



