Mingəçevirli gənc qazilərdən Vətən müharibəsi iştirakçılarının övladlarına dəstək- FOTO

Mingəçevirli gənc qazilərdən Vətən müharibəsi iştirakçılarının övladlarına dəstək-

Yeni tədris ili ərəfəsində Mingəçevirdə Vətən müharibəsi iştirakçılarının şagird övladlarına dəstək göstərilib.

Azmedia.Az xəbər verir ki, Mingəçevir Qazilər Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Gənc qazilər birliyi 85 müharibə iştirakçısının övladını ən zəruri dərs ləvazimatları ilə sevindirib.

Təşəbbüs yeni dərs ili öncəsi şagirdlərin ehtiyac duyduğu məktəb ləvazimatları ilə təmin olunmasına yönəlib.

Qeyd edək ki, Gənc qazilər birliyinin fəalları tərəfindən həyata keçirilən bu xeyirxah tədbir artıq 6-cı ildir davamlı şəkildə təşkil olunur.

Ehtiram Muradov

Azmedia.Az