“Miss Austria” Luçiya Şişiç 22 yaşında vəfat edib- FOTO

“Miss Austria” Luçiya Şişiç  22 yaşında vəfat edib-

Avstriyanın 2024-cü il üzrə “Miss Austria” titulunu qazanan Luçiya Şişiç 22 yaşında dünyasını dəyişib. 

Azmedia.Az xəbər verir ki, Luçiya Şişiç 2024-cü ildə əvvəlcə “Miss Vienna”, daha sonra isə “Miss Austria” seçilib. Sonrakı illərdə müsabiqə keçirilmədiyi üçün o, vəfat edənədək ölkənin titul sahibi olaraq qalıb. 

22 yaşlı gənc model anadangəlmə ürək qapağı problemi ilə üzləşib. Məlumata görə, həyatı boyunca ürəyi ilə bağlı 7 cərrahi əməliyyat keçirib. Sonuncu əməliyyatının isə ötən qış baş verdiyi bildirilib.
Luçia  Şişiç səhhəti ilə bağlı çətinliklərini daha əvvəl açıq şəkildə bölüşüb və keçirdiyi müalicələrə baxmayaraq həyatını aktiv şəkildə davam etdirməyə çalışıb. Onun yaxınları və “Miss Austria” təşkilatının nümayəndələri gənc qadının vəfatından dərin kədər hissi keçirdiklərini bildiriblər. 

Sisicin ölümünün ürək xəstəliyi ilə əlaqəli olub-olmadığı isə hazırda məlum deyil. Rəsmi ölüm səbəbi açıqlanmayıb.