Çağatay Ulusoy ailəsi ilə ata yurdunda – FOTO

Çağatay Ulusoy ailəsi ilə ata yurdunda –

Türkiyəli aktyor Çağatay Ulusoy valideynləri ilə birlikdə Bolqarıstanda ata-baba yurdunu ziyarət edib. Məşhur aktyorun ailəsi ilə fotoları sosial şəbəkələrdə maraq doğurub.

Azmedia.Az xəbər verir ki, aktyor anası Refiye Ulusoy və atası Aylin Ulusoy ilə birlikdə Bolqarıstanın Razqrad bölgəsində yerləşən Beli Lom (Duranköy) kəndinə gedib. Bu kənd onun ata tərəfdən ailə köklərinin bağlı olduğu yaşayış məntəqəsidir.

Səfər zamanı Çağatay Ulusoy kənd sakinləri və qohumları ilə görüşüb. Onunla xatirə şəkli çəkdirmək istəyən insanlar da aktyorun diqqətindən kənarda qalmayıb. Ulusoyun yerli sakinlərlə səmimi anları və kənddə çəkilən fotoları sosial şəbəkələrdə yayılıb.

Aktyorun kəndə səfəri zamanı yaşlı bir kişinin ifasında türküyə qulaq asması da diqqət çəkib. Həmin anlar sosial mediada paylaşılaraq izləyicilərin marağına səbəb olub.

Qeyd edək ki, İstanbulda doğulub böyüyən Çağatay Ulusoyun anası Refiye Ulusoy boşnak, atası Aylin Ulusoy isə Bolqarıstan mənşəlidir. Aktyor 2025-ci ilin iyununda Bolqarıstan vətəndaşlığı ilə bağlı prosedurlarla əlaqədar bu ölkəyə səfəri ilə də gündəmə gəlmişdi.