Yevlaxda bədbəxt hadisə: Qadın həyətində yanaraq ölüb - FOTO
Yevlax sakini həyətində iş görərkən qəfil alova tuş gələrək dünyasənı dəyişib.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Xaldan kəndində baş verib.
1935-ci il təvəllüdlü rayon sakini Zümrüd Əhmədova həyətində alovla ehtiyatsız davranışın qurbanı olub. Alov onu bədənində ölümcül yanıq xəsarətləri yaradıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


